Gəncədə daha bir neçə qanunsuz tikintinin qarşısı alınıb. Bu haqda 22 iyul tarixində İcra Hakimiyyətinə istinadən xəbər veririk.
Şəhər ərazisində qanunsuz tikintilərə qarşı aparılan monitorinqlər davam etdirilir. Növbəti monitorinqlər zamanı 28 May prospektində dövlət torpağını zəbt etməklə tikintisi aparılan qeyri-yaşayış sahəsində işlər dayandırılaraq, söküntüsü təmin edilib. Həmçinin F.Həsənov küçəsində müvafiq icazəverici sənədləri olmadan həyət qapısının quraşdırılmasının qarşısı alınıb.
Bundan başqa, Yeni Gəncə yaşayış massivində yerləşən 31 nömrəli çoxmənzilli yaşayış binasının birinci mərtəbəsində quraşdırılan talvar da qeyri-qanuni olduğu üçün sökülüb.
Qeyd edək ki, aparılan monitorinqlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcəkdir.