Gəncədə yoxlamalar baş tutub. Bu haqda 15 avqust tarixində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən məlumat veririk.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən nəzarət tədbirləri keçirilib. Nəticədə 28 may küçəsində ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub. Araşdırma zamanı əməli Xəyyam Zeynalovun törətdiyi üzə çıxıb.
Faktla bağlı akt tərtib olunub. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaradıb. Məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.