Gəncə-Daşkəsən Regional İdarəsinın heyəti rəqibi ilə görüşəcək. Bu haqda 6 iyul tarixində Gənclər və İdman İdarəsinə istinadən xəbər veririk.
Minifutbol üzrə “Dostluq” kubokunun 1/8 finalı keçiriləcək. Burada Gəncə-Daşkəsən komandası Qarabağla mübarizə aparacaq. Görüş Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illiyinə həsr olunub.
Oyun Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.