top
Milli Qəhrəman Salatın Əsgərovanın ölümündən 35 il ötür
09 yanvar 2026, 12:15
- ↺ +

Milli Qəhrəman Salatın Əsgərovanın ölümündən 35 il ötür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərovanın anım günüdür.

Gencexeber.az məlumat verir ki, Salatın Əziz qızı Əsgərova 1961-ci ildə dekabrın 16-da Bakıda ziyalı ailəsində anadan olub. O, 1979-cu ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirib, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna, indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə daxil olub.

1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın Əsgərova jurnalistika sahəsinə böyük maraq göstərib. Nəticədə 1984-cü ildə müqavilə ilə "Bakı", 4 il sonra isə "Molodyoj Azerbaydjana" qəzetində işləməyə başlayıb. Onun toxunduğu məsələlər Azərbaycan torpaqlarının bütövlüyü ilə bağlı idi. O, tez-tez cəbhə xəttinə gedib və qaynar nöqtələrdən operativ materiallar hazırlayıb.

Hazırladığı reportajlarla müharibənin ən qızğın nöqtələrindən xəbər verən Salatın qısa müddət ərzində geniş oxucu kütləsi yığmağı bacarıb.

1991-ci il yanvarın 9-da (29 yaşında) erməni terrorçuları tərəfindən Yevlax-Laçın yolunun 141 kilometrliyində Qaladərəsi kəndi yaxınlığında, Gəncə şəhərindəki 44682 saylı hərbi hissəyə məxsus "UZ 469" markalı 30-14 NB dövlət nömrə nişanlı avtomaşın atəşə tutulur. Hətta ermənilər avtomobilin qapısını açıb, yaralı Salatın Əsgərovanı dayanmadan güllələyirlər. Güllələrdən biri onun gicgahına dəyir və həyatını itirir.

O, Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. O, ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Salatın Əsgərovanın yeganə övladı Ceyhun Əsgərov da jurnalistdir.

Qeyd edək ki, Salatın Əsgərova Azərbaycanın ilk şəhid qadın jurnalistidir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:00

9 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 13-cü günü

Bütün xəbərlər
Dünən, 18:01

Gəncədə işləyən şəxslərin sayı 10 il ərzində 10 faiz azalıb

Bütün xəbərlər
Dünən, 16:45

"Gəncə"nin beş oyunçusu liftdə xəsarət aldı

Bütün xəbərlər
Dünən, 16:37

"İl ərzində sabitliyi qoruya bilmədim" - gəncəli şahmatçı

Bütün xəbərlər
Dünən, 16:03

Sosial şəbəkələrdə bir ailəni söyürdü, 7 min manat CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
Dünən, 15:29

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Bütün xəbərlər
Dünən, 14:57

Gəncəli Əməkdar artistin yubileyidir

Bütün xəbərlər
Dünən, 14:15

Gəncədə "BakuBus"ın fəaliyyətindən öz sürücüləri də narazıdır? - İDDİA

Bütün xəbərlər
Dünən, 13:44

Sabah 25 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 11:58

Atasının 40-na getmək istəyən arvadının gözünə təpik vurdu - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 10:28

Azərbaycanın ilk baş prokuroru İsmət Qayıbovun doğum günüdür

Bizim fəxrimiz
Dünən, 09:03

Gəncə məktəbliləri beynəlxalq yarışda uğur qazanıblar

Bütün xəbərlər
Dünən, 00:20

Altı il öncə Ermənistan Gəncəni üçüncü dəfə raket atəşinə tutdu

Tarix
Dünən, 00:00

8 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 12-ci günü

Bütün xəbərlər
07 oktyabr 2026, 16:51

Gəncədə prokurorluq əməkdaşları üçün nəzərdə tutulan xidməti mənzillər istifadəyə verildi

Bütün xəbərlər
07 oktyabr 2026, 16:38

84 yaşlı kişi ov tüfəngindən açılan atəş nəticəsində ölüb

Bütün xəbərlər
07 oktyabr 2026, 15:28

Gəncədə iki məktəbin yaxınlığında TƏHLÜKƏ

Bütün xəbərlər
07 oktyabr 2026, 14:34

Sabah Gəncədə 26 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
07 oktyabr 2026, 13:29

Gəncədə hər 10 ev təsərrüfatına 7 avtomobil düşür

Bütün xəbərlər
07 oktyabr 2026, 11:19

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Bütün xəbərlər
07 oktyabr 2026, 10:23

Repetitorluq edən müəllim həbs olundu

Bütün xəbərlər
07 oktyabr 2026, 09:58

Qaçaqmalçılıq yolu ilə dərman gətirilməsinin qarşısı alınıb

Bütün xəbərlər
07 oktyabr 2026, 09:12

Gəncədə "islanmaq" üçün nəzərdə tutulan avtobus dayanacağı

Oxşar xəbərlər