Gəncədə şəhid anasına hədiyyə olunub. Bu haqda 25 iyul tarixində Report-a istinadən məlumat veririk.
Təşəbbüs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilib. Şəhid Milli Qəhrəman Natiq Qasımovun anası Dursun Qasımovaya şəhərimizdə yerləşən MİDA yaşayış kompleksindən ev verilib. Bildirilib ki, əmlak ikiotaqlıdır.
Qeyd edək ki, Prezident İlham Əliyevin 25 iyun 2024-cü il Sərəncamına əsasən, Natiq Səlim oğlu Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.