Hava şəraiti ilə əlaqədar avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.
Qafqazinfo xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti sabah bəzi rayonlarda yağıntılı və dumanlı hava şəraiti müşahidə olunacağını bildirib. Bununla əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.