top
Mən oxuyurdum, o öyrənirdi - Görmə məhdudiyyətli Heydərin hekayəsi...
16 yanvar 2026, 15:44
- +

"Mən oxuyurdum, o öyrənirdi" - Görmə məhdudiyyətli Heydərin hekayəsi...

22 yaşlı Heydər Qafarlı görmə məhdudiyyətli olsa da, Mingəçevir Dövlət Universitetinin Təhsil fakültəsinin "Tarix müəllimliyi" ixtisasını qırmızı diplomla bitirib. Həmçinin təhsil göstəricilərinə görə fakültə üzrə birinci olub. Bu uğurları isə təkcə qazanmayıb, hər gün onu məktəbə aparıb-gətirən, hər keçilən dərsi ona evdə oxuyaraq öyrədən anası Sevda xanımın sayəsində. Hətta ali məktəbə qəbul olunduqdan sonra da anası onunla doğulduğu İsmayıllının Cülyan kəndindən Mingəçevirə köçüb, bütün həyatını oğluna həsr edib.

Qafqazinfo.аz-a danışan Sevda Qafarlı bildirib ki, ailəlikcə Heydərin təhsili, inkişafı üçün əllərindən gələni edirlər.

"Heydər doğulanda hər hansı problemi yox idi, görməsi yaxşı idi. 2-3 yaşı olanda gecə görməsində çətinlik yaranırdı. Həkimə apardım, məlum oldu ki, toyuq korluğu deyilən xəstəliyi var. Bizə deyildi ki, bu xəstəliyin tamamilə müalicəsi yoxdur. Mən çox pis oldum, uzun müddət özümə gələ bilmədim. Amma bununla belə heç vaxt inamımı itirməmişəm. Əslində beşinci sinfə qədər Heydər özü yazıb-oxuyub. İbtidai sinfi bitirəndən sonra görməsi get-gedə zəiflədi. Buna baxmayaraq, təhsilindən qalmadı. Mən də onunla bərabər çalışırdım", - o söyləyib.

S.Qafarlının sözlərinə görə, oğlu Türkiyədə kök hüceyrə əməliyyatı olunub və həkimlər genetik iynə vurulandan sonra Heydərin görməsinin tamamilə bərpa olunacağını vəd ediblər:

"Görməsi tamamilə zəifləyəndən sonra dərslərini mən oxuyurdum. Heydərin hazırlıq müəllimlərinin əksəriyyəti mənim yaxınlarımdır. Tarix müəllimi bacımın həyat yoldaşı Vidadi müəllim, Azərbaycan dili və riyaziyyat müəllimləri isə bacılarım idi.

Oğlum imtahanda 362 bal topladı. Əslində görmə məhdudiyyəti olanlara imtahanda 1 saat əlavə vaxt verilməli idi, əgər vaxt verilsəydi, inanıram ki, daha yüksək bal toplayardı.

Biz Mingəçevir Dövlət Universitetini seçdik, çünki sakit şəhərdə yerləşir, bizə də yaxındır. Mən də onunla Mingəçevirə köçdüm. Universitetin çox gözəl kollektivi var. Qrup yoldaşları da çox yaxşı tələbələr idi. Bəlkə də, Heydərin şansı belə qayğıkeş qrupda oxuması idi. 

Mən universitetin yaxınlığında kirayə ev tutmuşdum, hər gün onu universitetə aparıb-gətirirdim. Qırmızı diplomla universiteti bitirdi. Qarşısına məqsəd qoyub ki, təhsilini magistraturada davam etdirsin. Amma eyni zamanda MİQ imtahanına da hazırlaşır".

Qayğıkeş ana deyir ki, oğlu universitetdə də oxuyanda bütün dərslərini o oxuyurdu, oğlu da öyrənirdi:

"Gedib danışıb yüksək qiymət alırdı. Tarixi çox sevir, bu fənni sevə-sevə şagirdlərə tədris etmək istəyir. Təcrübə keçəndə də şagirdləri onu çox sevirdilər. Bizim ailə olaraq həyatımız Heydərlə bağlıdır. Onunla bağlı arzularımız o qədər böyükdür ki... Bəli, mən həyatımı ona qurban vermişəm. Övladımın uğuru mənim uğurumdur".

Heydər Qafarlı da anasının fikirlərinə qatıldığını bildirib: "Tarix müəllimliyi fakültəsinə həm öz istəyim, həm də valideynlərimin istəyi, dəstəyi ilə getmişəm. Əslində gələcəkdə magistraturaya da hazırlaşmağı qarşıma məqsəd qoymuşam.

Valideynlərim mənim üçün çox əziyyət çəkiblər. Müəllimlərim həm də mənim qohumlarım olub. Onlar təhsilimdə böyük rol oynayıblar. Mənə tarixi sevdirən də müəllimim olub. Həmişə yaxınlarım tərəfindən mənəvi dəstək görmüşəm və bu da məni ruhlandırıb. Bunu çox yüksək qiymətləndirirəm".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:00

Arvadını məscidin qarşısında amansızlıqla öldürdü - DETALLAR

Bütün xəbərlər
Bu gün, 16:22

SSR-i dövründə Gəncədə sökülən Səfərabad məscidi

Bütün xəbərlər
Bu gün, 15:00

Bu universitet 1 milyonluq avadanlıq alır

Bütün xəbərlər
Dünən, 16:58

"III Moruq Festivalı" keçiriləcək

Bütün xəbərlər
Dünən, 15:59

Bazar günü Gəncədə 40 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 14:11

Gəncədə oğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik HƏBS EDİLDİ

Bütün xəbərlər
Dünən, 11:06

Mingəçevirdə rekord sayda iştirakçı Kür çayını keçəcək

Bütün xəbərlər
Dünən, 10:48

Gəncədə dalaşanları ayırarkən öldürülən şəxs tanınmış vəkilin qardaşı imiş

Bütün xəbərlər
Dünən, 10:12

Təpiklənən qadın hakim qarşısında sevgilisini bağışladı

Bütün xəbərlər
Dünən, 09:31

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Bütün xəbərlər
07 avqust 2026, 18:00

3 məktəb bağlandı: Şagird və müəllimlərin aqibəti necə olacaq?

Bütün xəbərlər
07 avqust 2026, 17:21

Rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq

Bütün xəbərlər
07 avqust 2026, 16:05

İsrail səfiri Gəncəyə səfər edib

Bütün xəbərlər
07 avqust 2026, 15:14

Güllələnən bibi və qardaşı oğlunun FOTOSU - YENİLƏNİB

Bütün xəbərlər
07 avqust 2026, 15:06

Bu şəxslər ad və soyadını dəyişə bilməz - RƏSMİ

Bütün xəbərlər
07 avqust 2026, 14:38

Sabah 39 dərəcə isti olacaq

Bütün xəbərlər
07 avqust 2026, 13:35

Kartdan köçürmədə sərbəstlik, qəbulda isə limit

Bütün xəbərlər
07 avqust 2026, 13:03

DOS-84 ərazisindəki ağır sanitar vəziyyət aradan qaldırıldı

Bütün xəbərlər
07 avqust 2026, 12:26

Hər bir Gəncə sakini ildə 120 kilo tərəvəz yeyir

Bütün xəbərlər
07 avqust 2026, 11:25

"Toppuş bacı"nın atası vəfat edib

Bütün xəbərlər
07 avqust 2026, 10:06

149 gün sonra nəşi tapılan şəhidimizin doğum günüdür

Bütün xəbərlər
07 avqust 2026, 09:07

Gəncədə bu məktəbin şagirdləri köçəri həyatı yaşayırlar

Bütün xəbərlər
06 avqust 2026, 20:54

Azərbaycanda əhalinin neçə faizi ali təhsillidir? - AÇIQLANDI

Bütün xəbərlər
06 avqust 2026, 19:50

Mingəçevirdə açıq suda üzmə yarışı rekord iştirakçı sayı ilə start götürəcək

Oxşar xəbərlər