Gəncə şəhərində ikimərtəbəli yaşayış binasının 4 otaqlı mənzili qısmən yanıb. Bu haqda 29 iyul tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər veririk.
Şəhər ərazisində yerləşən ikimərtəbəli yaşayış binalarının birində yanğın olub. Tikilinin 2-ci mərtəbəsində ümumi sahəsi 80 kvadratmetr olan 4 otaqlı mənzilin yanar konstruksiyaları alışıb. Nəticədə evin 50 kvadratmetr sahəsi yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin briqadası cəlb olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.