Gəncədə azyaşlılar da daxil olmaqla bir neçə şəhər sakini bağlı qapı arxasında qalıb. Bu barədə 12 iyul tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər veririk.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə şəhər ərazisində mənzillərdən birində 3 nəfərin köməksiz vəziyyətdə olması barədə məlumat daxil olub. Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə ünvana cəlb ediliblər.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2-si uşaq olmaqla, 3 nəfərə müvafiq köməklik göstərilib.