Gəncədə güclü külək gözlənilir. Bu haqda 23 iyul tarixində Milli Hidrometeorologiya Mərkəzinə istinadən məlumat veririk.
Milli Hidrometeorologiya Xidməti iyulun 24-26-da küləklə bağlı sarı xəbərdarlıq edib. Qurumdan bildirilib ki, sürət 13.9-20.7 metr/saniyəyədək təşkil edəcək.
Bununla əlaqədar, əhaliyə ehtiyatlı olmaları, təhlükəsizlik qaydalarına əməl etmələri tövsiyə olunur.