Gəncə futbol təmsilçisi ispaniyalı futbolçunun transferini açıqlayıb. Bu haqda 12 iyul tarixində futbol klubuna istinadən xəbər veririk.
Mərakeş əsilli ispaniyalı oyunçu Kərim Lkoça ilə "1+1" illik müqavilə imzalanıb. 24 yaşlı futbolçu yarımmüdafiəçi mövqeyində çıxış edir.
Lkoça son olaraq, Andorra çempionatında "Santa Koloma" klubunda oynayıb.