Gəncə təmsilçisi oyunçusu ilə yoluna davam edir. Bu haqda 1 avqust tarixində futbol klubuna istinadən xəbər veririk.
“Kəpəz” PFK ilə Mahir Həsənov arasında yeni müqavilə imzalanıb. Klub son iki mövsümdə elitada komandamızın şərəfini qoruyan 22 yaşlı müdafiəçi ilə anlaşmaya qol çəkib.
Tərəflər arasında 3 illik müqavilə imzalanıb.