Gədəbəydə evdən meyit tapılıb.
Lent.аz xəbər verir ki, hadisə Daşbulaq kəndində qeydə alınıb.
Kənd sakini 49 yaşlı Yaşar Səyyad oğlu Məmmədhəsənovun meyiti yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Onun hansı səbəbdən öldüyü məlum deyil.
Qeyd edək ki, mərhum əvvəllər məhkumluq həyatı yaşayıb.
Faktla bağlı araşdırma aparılır.