top
Keçmiş arvadını və onun ailə üzvlərini döyən şəxslə bağlı QƏRAR
22 yanvar 2026, 10:21
- +

Keçmiş arvadını və onun ailə üzvlərini döyən şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıqda təqsirləndirilən Akif Bəşirovun (adı, soyadı şərtidir) kassasiya şikayəti üzrə iclas başa çatıb. 

Pravda.аz xəbər verir ki, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

İttihama görə, Akif Bəşirov sərxoş vəziyyətdə keçmiş həyat yoldaşının valideynlərinin Tovuz rayonunda yerləşən evinə gəlib, elektrik enerjisini kəsib, nalayiq ifadələr işlədib. Daha sonra avtomobillə evin darvazasını qıraraq həyətə daxil olub və keçmiş arvadı Təhminənin anası Səmayə Babazadəni maşınla vurub. 

O, azyaşlı övladının gözü qarşısında keçmiş həyat yoldaşını döyüb, həmçinin hadisəyə müdaxilə edən keçmiş arvadının nənəsi Səbilə Babazadə də xəsarət alıb. Hadisə zamanı zərərçəkənlərin əmlakına da maddi ziyan vurulub.

Tovuz Rayon Məhkəməsinin hökmü ilə Akif Bəşirov Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan zərərçəkmiş şəxslər və məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilib. Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayətləri təmin edilməyib. Həmin qərardan Akifin müdafiəçisi tərəfindən kassasiya şikayəti verilib.

Məhkəmə Akif Bəşirovun kassasiya şikayətini təmin etməyib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:10

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır

Bütün xəbərlər
Bu gün, 15:10

Sabah 35 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:44

Gəncədə bina əyilir, fasad örtüyü qopub tökülür – ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 13:03

ADSEA sədrinin vətəndaş qəbulunun tarixi dəyişdirilib

Bütün xəbərlər
Bu gün, 12:00

Gəncədə yeni zavod tikiləcək

Bütün xəbərlər
Bu gün, 11:27

Prezident əfv Sərəncamı imzaladı - siyahıda Gəncə Hərbi Məhkəməsinin məhkumu da var

Bütün xəbərlər
Bu gün, 10:21

Gəncədə dayısı arvadını qətlə yetirən şəxs məhkəmə hökmündən narazıdır

Bütün xəbərlər
Bu gün, 09:08

Qeydiyyata düşməyən sakinlər antisanitariya yaradırlar – Gəncə MKTİB

Bütün xəbərlər
Dünən, 17:04

Həbsxanalarda evlənənlərin sayı AZALIB

Bütün xəbərlər
Dünən, 16:45

13 il əvvəlki qətlin üstü açıldı

Bütün xəbərlər
Dünən, 16:14

Prezident: Xarici tərəfdaşlar ekoloji normalara əməl etməsələr, onlar cəzalandırılacaq

Bütün xəbərlər
Dünən, 14:48

Psixiatriya xəstəxanası yandı, xəstələr çadıra köçürüldü

İdman
Dünən, 14:17

Ehtiram Quliyevdən haqqında yayılan iddialarla bağlı AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 13:20

Sabah Gəncədə hava yağmursuz olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:49

DYP kənd texnikası sürücülərinə müraciət etdi

Bütün xəbərlər
Dünən, 12:16

Gəncədə 11 nömrəli avtobuslarla bağlı ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 10:25

"Salahlı" sərhəd zastavası əsaslı təmirdən sonra xidməti istifadəyə verilib

Bütün xəbərlər
Dünən, 09:47

Yaralı halda cəbhəyə qayıdan gəncəli Şuşa fatehinin doğum günüdür

Bütün xəbərlər
21 sentyabr 2026, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
21 sentyabr 2026, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
21 sentyabr 2026, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
21 sentyabr 2026, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
21 sentyabr 2026, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
21 sentyabr 2026, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Oxşar xəbərlər