Gəncə şəhər sakinində narkotik tapılıb. Bu haqda 20 yanvar tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat veririk.
Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat keçiriblər. Nəticədə əvvəllər məhkum olunmuş şəhər sakini R.Abdullayev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 470 qram marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.