Gəncə sakini oğurluq üstündə tutulub. Bu haqda 21 yanvar tarixində Bizim.media-ya istinadən məlumat veririk.
Bir neçə gün öncə şəhərdə evlərin birindən 55 minlik oğurluğun edilməsi barədə məlumat vermişdik. 2-ci Polis Şöbəsinin əməkdaşları əməliyyat keçiriblər. Nəticədə əvvəllər məhkum olunmuş şəhər sakini Zorxan Rzayev saxlanılıb.
O, fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan 39.000 manat nağd pul, ümumi dəyəri 10.000 manat olan müxtəlif məişət əşyaları və 5500 manat dəyərində müxtəlif qızıl-zinət əşyalarını oğurlayıb.
Faktla bağlı araşdırma aparılır.