Gəncənin futbol təmsilçisi heyətini gücləndirib.
Gencexeber.az “Kəpəz” futbol klubuna istinadən məlumat verir ki, komandanın yeni üzvü Turan Manafovdur. Müdafiəçi mövqeyində oynayan 26 yaşlı oyunçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Manafov ötən mövsümü "Araz-Naxçıvan"da keçirib.