Gəncə təmsilçisi icarəyə götürdüyü futbolçu ilə müqavilə bağlayıb. Bu haqda 4 iyul tarixində futbol klubuna istinadən məlumat veririk.
Söhbət Elmir Tağıyevdən gedir. Yarımmüdafiəçi ötən mövsüm icarədə olmaqla “Kəpəz”in şərəfini qoruyub. “Sarı-göylər” onunla yola davam etmək qərarı alıblar. Futbolçu ilə yeni 1+1 illik müqavilə imzalanıb.