“Kəpəz” yoxlama oyununda qalib gəlib. Bu haqda 19 yanvar tarixində futbol klubuna istinadən məlumat veririk.
Təmsilçimiz Qazaxıstanın “Kaysar” komandası ilə qarşılaşıb. Oyun Antalyada yerləşən “Atlantis” təlim bazasında keçirilib. Görüş “Kəpəz”in 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “Kəpəz” bundan öncə “MTK Budapeşt” və “Novi Pazar” komandalarına qarşı oynayıb.