Gəncə təmsilçisi daha bir futbolçunun keçidini rəsmiləşdirib. Bu haqda 30 iyul tarixində futbol klubuna istinadən xəbər veririk.
Söhbət təcrübəli müdafiəçi İlkin Qırtımovdan gedir. Oyunçu "Kəpəz"in şərəfini qoruyacaq.
Onunla 1 illik müqavilə imzalanıb. Qırtımovun son klubu "Qəbələ" olub.