Gəncə təmsilçisi yeni futbolçu ilə anlaşıb. Bu haqda 10 iyul tarixində futbol klubuna istinadən məlumat veririk.
“Kəpəz” transfer çalışmalarına davam edir. Təmsilçimiz qolkiper Paulo Rojerio Veyqa dos Santosla müqavilə bağlayıb. Portuqaliyalı qapıçı ilə anlaşmanın müddəti 1 illikdir.
Futbolçunun son klubu vətənində aşağı liqa təmsilçisi "Lenk Vilaverdense" olub.
Qeyd edək ki, Paulo Rojerio "Braqa" akademiyasının yetirməsidir. O, ölkəsinin aşağı yaş qrupları üzrə yığma komandalarının üzvü olub.