Gəncə futbol klubu “Babir” idman geyimləri markası ilə tərəfdaşlığa başlayıb. Bu haqda 26 iyul tarixində futbol klubuna istinadən xəbər veririk.
“Kəpəz” Futbol Akademiyasında təşkil edilən imzalanma mərasimində tərəfdaşlıq müqaviləsini “Kəpəz” PFK İB-nin İdarə Heyətinin sədri İlqar Nadiri və “Babir”in nümayəndəsi Zaur Cəfərov imzalayıblar. Müqaviləyə əsasən, “Babir” brendi “Kəpəz” Futbol Akademiyasını geyimləri ilə təmin edəcək.
Qeyd edək ki, “Babir” futbolçuların performansını artırmaq və onlara ən yüksək səviyyədə rahatlıq təmin etmək üçün peşəkar idman geyimləri istehsal edir. Marka bəbirin gücü, çevikliyi və sürətini futbolçuların meydanda göstərdiyi performansla geyimlərində əks etdirməyə çalışır.