Gəncə futbol klubunun oyunçuları şəhidlərimizin xatirəsini dərin hörmətlə anıblar.
Gencexeber.az “Kəpəz”ə istinadən məlumat verir ki, komandamızın üzvləri Zəfər tarixinin başlanğıcı hesab edilən günlə əlaqədar Şəhidlər Xiyabanında olublar. Vətənimizin bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların əziz xatirəsi dərin hörmət və minnətdarlıqla anılıb. Şəhidlərin məzarı önünə tər qərənfillər düzülüb. Ruhlarına dualar oxunub.
Komandamızın legioner futbolçularına Vətən müharibəsi ilə bağlı məlumatlar verilib, Azərbaycan xalqının 30 illik dövr ərzində işğalla barışmadığı və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyünü bərpa etmək üçün sarsılmaz əzm göstərdiyi bildirilib.