Gəncə futbol klubunun rəqibi ilə oyununun günü dəyişdirilib. Bu haqda 10 iyul tarixində futbol klubuna istinadən xəbər veririk.
Bir müddət əvvəl təmsilçimizin “Şamaxı” ilə üz-üzə gələcəyi barədə məlumat vermişdik. Komandamızın "Şamaxı" ilə keçirəcəyi yoxlama oyununun vaxtı dəyişib. Qarşılaşma 15 iyul tarixində keçiriləcək.
Klubların razılığı əsasında oyunun yeri və saatı isə dəyişməyib. Qəbələ Şəhər Stadionunda keçiriləcək matç saat 17:30-da başlayacaq.