Gəncə təmsilçisi yeni transferini rəsmi olaraq açıqlayıb. Bu barədə 6 iyul tarixində futbol klubuna istinadən xəbər veririk.
Komandamız Nicat Süleymanovla anlaşıb. Yarımmüdafiəçi ilə "1+1" illik müqavilə bağlanıb. 26 yaşlı futbolçu son mövsümü Premyer Liqa təmsilçisi "Araz Naxçıvan"da keçirib.
Nicat Süleymanov əvvəllər də "Kəpəz"də çıxış edib. Süleyman həm I Liqada, həm də elitada komandamızın şərəfini qoruyub.