Gəncə təmsilçisi daha bir oyun keçirəcək. Bu haqda 2 iyul tarixində futbol klubuna istinadən xəbər veririk.
Komandamız "Turan Tovuz" ilə oynayacaq. Yeni mövsüm üçün məşqləri davam etdirən "Sarı-göylər" Premyer Liqa təmsilçisi "Turan Tovuz" ilə qarşılaşacaq.
Oyun Qəbələdə keçiriləcək. Rəqiblər 10 iyul tarixində saat 17:00-da mübarizə aparacaqlar.