Gəncə təmsilçisi heyətini gücləndirməyə davam edir. Bu haqda 12 iyul tarixində futbol klubuna istinadən məlumat veririk.
“Kəpəz” növbəti transferini açıqlayıb. Komandamız yeni qolkiperlə anlaşıb. “Sarı-göylər” və 25 yaşlı Məmməd Hüseynov arasında müqavilə bağlanıb. Bildirilir ki, anlaşma "1+1" illikdir.
Qeyd edək ki, qapıçı son olaraq "Zirə"nin şərəfini qoruyub.