Gəncədə növbəti şəhidlə vida mərasimi baş tutacaq. Bu haqda 31 iyul tarixində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına istinadən məlumat veririk.
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən şəhidimizin qalıqları ailəsinə təhvil veriləcək. Surxay Rza oğlu Məmmədov sabah, avqustun 1-i Şəhidlər xiyabanında dəfn olunacaq.
Qeyd edək ki, bununla bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.