Tovuzda yanğın baş verib.
Gencexeber.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, “İveco” markalı yük avtomobilinin qoşqusuna yığılan 22 ton ipək bağlamasının 0,5 tonu və üzərinə çəkilən tent yanıb.
Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb ediliblər. Qoşqunun, ipək bağlamalarının qalan hissəsi və yük avtomobili yanğından mühafizə olunub.