Gəncədə yanğın hadisəsi baş verib. Bu haqda 5 iyul tarixində FHN-ə istinadən məlumat veririk.
Hadisə ikimərtəbəli yaşayış binasında qeydə alınıb. Yanğın dam örtüyündə başlayıb. Nəticədə tavanın 20 kvadratmetr sahədə yanar konstruksiyaları və 2-ci mərtəbədə yerləşən ümumi sahəsi 77 kvadratmetr olan dördotaqlı mənzilin eyvanı 5 kvadratmetr sahədə yanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə bölmələri cəlb olunub. Alov söndürülüb. Binanın və mənzilin qalan hissəsi yanğından mühafizə edilib.