Gəncədə polis əməkdaşları dilənçilər və tüfeyli həyat tərzi keçirənləri tutublar. Bu haqda 5 iyul tarixində Unikal.az-a istinadən xəbər veririk.
Polis əməkdaşları tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq sakinlərin narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçiriblər. Nəticədə ümumilikdə 25 nəfər saxlanılaraq Polis Şöbəsinə gətirilib.
Onlarla profilaktiki söhbətlər aparılaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndəriliblər.