Gəncədə iki şirkətin sənədləri yararsız hala düşüb. Bu haqda 3 iyul tarixində Fed.az-a istinadən məlumat veririk.
Sözügedən hal “Gəncə-Nəqliyyat-05” ASC və “Gəncə-Yükdaşıma” ASC-də qeydə alınıb. Şirkətlərin yaydığı məlumata əsasən, sənədlərinin məhv olmasının səbəbi təmir işləridir.
Müəssisələrin inzibati binasında təmir prosesi aparılarkən əldə olan emissiya prospektinin nüsxələri yararsız hala düşüb və məlumatlar tamamilə məhv olub. Ona görə də həmin nüsxələr etibarsız hesab edilir.
Bildirilir ki, hər iki ASC-nin emissiya prospektlərinin yeni nüsxələrinin əldə edilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunub.