top
İcra başçısının sabiq birinci müavini döyülüb
12 fevral 2026, 16:37
- ↺ +

İcra başçısının sabiq birinci müavini döyülüb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Samux Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Tahir Qarayevə xəsarətlər yetirərək xuliqanlıq hərəkətlərinə yol verən şəxsin məhkəmə prosesi başa çatıb.

Teleqraf.аz xəbər verir ki, məhkəmənin qərarına əsasən, hadisədə təqsirləndirilən 2000-ci il təvəllüdlü Samux rayonu Lək kənd sakini Fərhad Quliyev (soyad şərtidir) 2 il müddətinə azadlıqdan məhrum edilib.

Onun cəzası 1 il 6 ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilib.

Məlum olub ki, münaqişə icra başçısının birinci müavininin təqsirləndirilən şəxsə nömrəsini verməməsindən sonra başlayıb. F.Quliyev yaşanan gərginlik zamanı İcra Hakimiyyətinə məxsus "HAVAL" markalı avtomobilin ön şüşəsini də sındıraraq Samux RİH-ə 350 manat ziyan vurub.

Hadisə zamanı Tahir Qarayev sol saidin əzilmiş yarası, bilək nahiyəsinin hematoması xəsarətləri alıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, yaşadığı Samux rayonu Lək kəndində yerləşən evində qaz problemi olduğundan o, Samux Rayon İcra Hakimiyyətinə müraciət edib. Belə ki, küçəyə qaz xətti çəkilsə də, onların evlərinə qaz çəkilməyib. Bundan başqada o, icra başçısından yaşadığı ev üçün qaz sobası istəyib. İcra hakimiyyətindən ona qaz sobası veriləcəyi ilə bağlı söz verilsə də, buna əməl olunmayıb.

Zərərçəkmiş T.Qarayev məhkəmədə təqsirləndirilən şəxsdən şikayətçi olmadığını, ona yüngül cəza verilməsini istəyib. Təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısı olub.

Qeyd edək ki, T.Qarayev ötən ilin dekabrında vəzifəsindən ayrılıb. Onun vəzifəsindən azad olunmasına səbəb kimi səhhətində yaranan problemlər göstərilib.

Onu da əlavə edək ki, Samuxun icra başçısı Firdovsi Əliyevdir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:00

25 noyabr - Kəlbəcərin erməni işğalından azad edildiyi gündür

Bütün xəbərlər
Dünən, 17:28

Cavad xan qəsəbəsində bərbad yollar, qaranlıq küçələr

Bütün xəbərlər
Dünən, 16:51

Sabah Gəncədə hava buludlu olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 16:13

Gəncədə daha bir xəstəxana rəhbəri vəzifəsini İTİRDİ

Bütün xəbərlər
Dünən, 15:26

Sabiq nazirə məxsus olduğu deyilən milyonluq şirkətin əmlakı satışa çıxarılır

Bütün xəbərlər
Dünən, 15:00

Abbas Səhhət adına xəstəxananın rəhbəri işdən çıxarıldı

Bütün xəbərlər
Dünən, 14:31

Gəncədə 11 mindən çox şəxsə 100 manata yaxın yardım verilir

Bütün xəbərlər
Dünən, 13:03

Gəncədə ödənişsiz əməliyyata pul istənildi, xəstə ağrılar içində qaldı – İDDİA

Bütün xəbərlər
Dünən, 12:13

Çayda batan altı uşaq atasının axtarışları aparılır

Bütün xəbərlər
Dünən, 11:31

Qatarda siqaret çəkib, söyüş söyən kişi HƏBS EDİLDİ

Bütün xəbərlər
Dünən, 10:36

Ailəsinin faciəsinə səbəb olan kişinin sürücülük hüququ olmayıb

Bütün xəbərlər
Dünən, 10:08

Gəncənin 18 il baş infeksionisti olan həkim dünyamızdan köçdü

Bütün xəbərlər
Dünən, 09:03

Gəncədə təmizlik işləri görülüb

Bütün xəbərlər
23 noyabr 2026, 17:22

Bu il 300-dən çox pensiyaçı evlənib - Rəsmi

Bütün xəbərlər
23 noyabr 2026, 16:45

Gəncədə məhəllələr abadlaşacaq, yollar təmir olunacaq… – İcra Hakimiyyəti

Bütün xəbərlər
23 noyabr 2026, 16:15

Abbas Bağırov niyə toylara baha gedir? – Müğənni səbəbini açıqladı

Bütün xəbərlər
23 noyabr 2026, 15:14

Bir ailənin altı üzvü maşınla körpüdən aşdı, ailə başçısı öldü – YENİLƏNİB

Bütün xəbərlər
23 noyabr 2026, 14:06

Gəncədə daha bir qəza, bu dəfə üç maşın...

Bütün xəbərlər
23 noyabr 2026, 11:57

Gəncədə avtobus maşının üzərinə sürdü – QƏZA

Bütün xəbərlər
23 noyabr 2026, 11:53

İki il altı ay erməni əsirliyində olmuş qazi vəfat etdi

Bütün xəbərlər
23 noyabr 2026, 11:42

Qadın sürücülərin sayı artır

Bütün xəbərlər
23 noyabr 2026, 11:07

Gəncədə uşaqlar bu "yolla" məktəbə gedir…

Bütün xəbərlər
23 noyabr 2026, 10:43

Çarli Çaplinin ifa etdiyi gəncəlinin "Cücələrim" əsəri

Bütün xəbərlər
23 noyabr 2026, 10:13

Ailə üzvləri həbsdə olan qız "TikTok"da canlı yayım açdı - qardaşı BIÇAQLADI

Oxşar xəbərlər