top
Hər məğlubiyyət mənim üçün bir dərs idi - GƏNCƏLİ GÜLƏŞÇİ İLƏ MÜSAHİBƏ
29 dekabr 2025, 15:58
- ↺ +

"Hər məğlubiyyət mənim üçün bir dərs idi" - GƏNCƏLİ GÜLƏŞÇİ İLƏ MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ötən il, şübhəsiz ki, Jalə Əliyevanın karyerasında ən uğurlu il olub. Əslən Gəncədən olan 24 yaşlı idmançı qadın güləşi üzrə Avropa Çempionatında və İslam Oyunlarında bürünc medal qazanıb. Onun uğurunun zirvəsi isə Azərbaycanda 2025-ci ilin ən yaxşı qadın idmançısı seçilməsi olub.

İdman.biz idman ilinin qəhrəmanı ilə həmsöhbət olub.

-İlin qadın idmançısı seçiləcəyinizi gözləyirdiniz?

-Hədəfim hər zaman öz üzərimdə çalışmaq və ən yaxşı nəticəni göstərmək olub. İlin ən yaxşı idmançısı seçiləcəyimi düşünmürdüm, bunun üçün var gücümlə çalışmışdım. Bu mükafat mənim üçün həm böyük sevinc, həm də gələcək uğurlar üçün əlavə məsuliyyətdir. Bu uğurda federasiyamızın yaxından dəstəyi də böyük rol oynadı. İlboyu keçdiyimiz yüksək səviyyəli təlim-məşq toplanışları, həssaslıqla həyata keçirilən bərpa prosesi - bütün bunlar yarışlarda uğurlu çıxışıma və sonda ilin idmançısı seçilməyimə kömək oldu.

-Əlinizdə imkan olsaydı, bu nominasiyada kimi seçərdiniz?

-Buna müxtəlif aspektlərdən baxmaq və müxtəlif normativlərlə dəyərləndirmək olar. Hesab edirəm ki, istər bizim millinin heyətində, istərsə də başqa idman növlərində kifayət qədər güclü qadınlar var ki, onları da ilin ən yaxşısı seçmək olardı. Konkretləşdirə bilmərəm.

-Doğma şəhəriniz Gəncədə kifayət qədər tanınırsınız? Bunun hər hansı imtiyazı olubmu?

-Bəli, Gəncədə idman sahəsində müəyyən qədər tanınıram. Yarışlar, nailiyyətlər və fəaliyyətim insanlara tanışdır. Bu da mənə əlavə məsuliyyət və motivasiya verir. Mən Gəncədə doqquz yaşımdan məşq edirəm. Bu illər ərzində buradakı hər künc, hər zal mənim üçün bir mərhələ olub. İnsanlar da buna şahiddir. Hətta deyirlər ki, "Gəncədə gəlib zal açsan, mütləq gələrik!" Bu sözlər mənim üçün təkcə dəstək deyil, həm də illərlə çəkdiyim zəhmətin dəyərini hiss etməkdir.

-Avropa çempionatında gümüş və bürünc medal əldə etmisiniz. Qızıl medal qazanmaq üçün hər dəfə nə çatışmır? 2026-da titul qazanmaq mümkün olacaqmı?

-Avropa çempionatlarında mükafatçı olmaq böyük nailiyyətdir, amma etiraf edim ki, hər dəfə qızıl medal üçün çox yaxın olsam da, bəzi detallar çatışmırdı. Bəzən bir anlıq diqqət itkisi, bəzən psixoloji gərginlik, bəzən də zədələrin təsiri ilə titul qazana bilməmişəm. Yarış öncəsi hazırlıq prosesində hər şey ideal getsə də, xalçaya çıxanda ən kiçik detal belə nəticəyə təsir edə bilir. Amma hər məğlubiyyət mənə dərs oldu, təcrübə qazandırdı və inanıram ki, o qızıl da gələcək. Sadəcə zaman və daha da güclü inam lazımdır. 2026-cı ildə qızıl medal qazanmaq üçün əzmlə çalışıram və inanıram ki, vaxtı gəldikdə bu uğur mənim olacaq.

-İslam Həmrəyliyi Oyunlarında iki dəfə qalib gəlmisiz. Hansı çempionluq daha çətin alındı?

-İkinci uğur daha çətin oldu, çünki bu il zədələrlə çox mübarizə apardım. Bu, həm fiziki, həm də psixoloji baxımdan böyük sınaq idi. Amma iradəmdən və əzmkarlığımdan heç vaxt vaz keçmədim.

-Qadın güləşçilərin çəkisalma prosesində çox çəki salması problem yaradır. Qadın idmançı kimi bu proseslə bağlı hansı məsləhətlər verə bilərsiniz?

-Bəli, ən önəmlisi çox sürətli və böyük həcmdə çəki salmamaqdır. Çünki sürətli çəki itkisi insan sağlamlığına zərər verə, enerji itkisinə və performans düşüşünə səbəb ola bilər. Həftədə 1-2 kq, tədricən və sağlam şəkildə arıqlamaq daha faydalıdır. Bu, həm idman formamı qoruyar, həm də bədənə stress yaratmaz.

-Yeni ili necə və kimlərlə keçirməyi planlaşdırırsınız?

-Yeni ili ailəmlə birlikdə keçirəcəyəm. Bu il bayram bizim üçün daha da mənalıdır, çünki qardaşım hərbi xidmətə yollanır. Onu yola salmazdan əvvəl ailə olaraq bir arada olmaq, birlik və qürur hissini yaşamaq bizim üçün çox önəmlidir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:00

25 noyabr - Kəlbəcərin erməni işğalından azad edildiyi gündür

Bütün xəbərlər
Dünən, 17:28

Cavad xan qəsəbəsində bərbad yollar, qaranlıq küçələr

Bütün xəbərlər
Dünən, 16:51

Sabah Gəncədə hava buludlu olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 16:13

Gəncədə daha bir xəstəxana rəhbəri vəzifəsini İTİRDİ

Bütün xəbərlər
Dünən, 15:26

Sabiq nazirə məxsus olduğu deyilən milyonluq şirkətin əmlakı satışa çıxarılır

Bütün xəbərlər
Dünən, 15:00

Abbas Səhhət adına xəstəxananın rəhbəri işdən çıxarıldı

Bütün xəbərlər
Dünən, 14:31

Gəncədə 11 mindən çox şəxsə 100 manata yaxın yardım verilir

Bütün xəbərlər
Dünən, 13:03

Gəncədə ödənişsiz əməliyyata pul istənildi, xəstə ağrılar içində qaldı – İDDİA

Bütün xəbərlər
Dünən, 12:13

Çayda batan altı uşaq atasının axtarışları aparılır

Bütün xəbərlər
Dünən, 11:31

Qatarda siqaret çəkib, söyüş söyən kişi HƏBS EDİLDİ

Bütün xəbərlər
Dünən, 10:36

Ailəsinin faciəsinə səbəb olan kişinin sürücülük hüququ olmayıb

Bütün xəbərlər
Dünən, 10:08

Gəncənin 18 il baş infeksionisti olan həkim dünyamızdan köçdü

Bütün xəbərlər
Dünən, 09:03

Gəncədə təmizlik işləri görülüb

Bütün xəbərlər
23 noyabr 2026, 17:22

Bu il 300-dən çox pensiyaçı evlənib - Rəsmi

Bütün xəbərlər
23 noyabr 2026, 16:45

Gəncədə məhəllələr abadlaşacaq, yollar təmir olunacaq… – İcra Hakimiyyəti

Bütün xəbərlər
23 noyabr 2026, 16:15

Abbas Bağırov niyə toylara baha gedir? – Müğənni səbəbini açıqladı

Bütün xəbərlər
23 noyabr 2026, 15:14

Bir ailənin altı üzvü maşınla körpüdən aşdı, ailə başçısı öldü – YENİLƏNİB

Bütün xəbərlər
23 noyabr 2026, 14:06

Gəncədə daha bir qəza, bu dəfə üç maşın...

Bütün xəbərlər
23 noyabr 2026, 11:57

Gəncədə avtobus maşının üzərinə sürdü – QƏZA

Bütün xəbərlər
23 noyabr 2026, 11:53

İki il altı ay erməni əsirliyində olmuş qazi vəfat etdi

Bütün xəbərlər
23 noyabr 2026, 11:42

Qadın sürücülərin sayı artır

Bütün xəbərlər
23 noyabr 2026, 11:07

Gəncədə uşaqlar bu "yolla" məktəbə gedir…

Bütün xəbərlər
23 noyabr 2026, 10:43

Çarli Çaplinin ifa etdiyi gəncəlinin "Cücələrim" əsəri

Bütün xəbərlər
23 noyabr 2026, 10:13

Ailə üzvləri həbsdə olan qız "TikTok"da canlı yayım açdı - qardaşı BIÇAQLADI

Oxşar xəbərlər