top
Hansı şəxslər Amnistiya ilə cəzadan azad olunacaq?
19 dekabr 2025, 12:39
- +

Hansı şəxslər Amnistiya ilə cəzadan azad olunacaq?

Ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunanlar istisna ilə, amnistiya tətbiqi nəticəsində təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad ediləcək şəxslərin dairəsi məlum olub.

Apa.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında qəbul edilən "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında" parlamentin qərarında əksini tapıb.

Qərara əsasən, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunlar istisna ilə, təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad ediləcəklər:

- Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər, habelə bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;

- Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslər (qanunvericiliklə müəyyən edilmiş qaydada orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla);

- bu Qərar qüvvəyə mindiyi günədək, o cümlədən Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslər və ya həlak olmuş şəxslərin yaxın qohumları;

- Xocalı soyqırımında əlil olmuş şəxslər, həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;

- 1948-1953-cü və 1987-1991-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırımı siyasəti nəticəsində Ermənistandan deportasiya olunmuş şəxslər;

- 1988-1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçkün düşmüş şəxslər;

- 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid olmuş şəxslərin yaxın qohumları;

- Azərbaycan Respublikasının, habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələri tərkibində beynəlmiləl borcunu yerinə yetirmiş və ya sülhməramlı əməliyyatlarda iştirak etmiş şəxslər, həmçinin həmin vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;

- İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə iştirak etmiş, eləcə də həmin dövrdə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində və arxa cəbhədə xidmət etmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada bunlara bərabər tutulan şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, habelə keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuş şəxslər (qanunvericiliklə müəyyən edilmiş qaydada orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla);

- keçmiş SSRİ dövründə siyasi repressiyaya məruz qalmış, sonradan səlahiyyətli orqanların qərarları ilə bəraət almış şəxslər və onların yaxın qohumları;

- Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş şəxslər və onlara himayəçilik edən şəxslər (himayəçilik qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuşdursa);

- qadınlar;

- cinayət törədərkən 18 yaşına çatmamış şəxslər;

- bu Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslər;

- bu Qərar qüvvəyə mindiyi günədək orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər;

- öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər.

Bu şəxslərdən başqa, "Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında" qanuna əsasən, barəsində amnistiya tətbiq edilməyənlər istisna ilə, aşağıdakı məhkumlar cəzadan azad ediləcəklər:

- yalnız böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər;

- Həmin şəxslərdən başqa, ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər;

- Bu şəxslərdən başqa, az ağır cinayət törətdiklərinə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan şəxslər;

- ilk dəfə ağır cinayət törətdiklərinə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər;

- intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş şəxslər;

- azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər;

- hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş şəxslər;

- islah işləri cəzasına məhkum edilmiş şəxslər;

- ictimai işlər cəzasına məhkum edilmiş şəxslər;

- əsas cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər;

- böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə əsas və ya əlavə cəza kimi cərimə cəzasına məhkum edilmiş şəxslər, habelə əsas və ya əlavə cəza kimi üç min manatdan artıq olmayan miqdarda cərimə cəzasına məhkum edilmiş və ya bu Qərarın tətbiq edildiyi gün cərimə cəzasının ödənilməmiş hissəsi üç min manatdan artıq olmayan şəxslər;

- böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud bu növ cəzanın çəkilməsi təxirə salınmış şəxslər;

- azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya şərti məhkum edilmiş və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud bu növ cəzanın çəkilməsi təxirə salınmış şəxslər.

Yuxarıda qeyd olunan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər haqqında təhqiqat və ibtidai istintaq orqanları tərəfindən amnistiya tətbiq olunaraq cinayət təqibi başlanmayacaq, başlanılmış cinayət təqibinə isə xitam veriləcək.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev amnistiya elan olunması təşəbbüsünü irəli sürüb.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:23

Rəqsanə İsmayılovanın Gəncədəki konserti LƏĞV OLUNDU

Bütün xəbərlər
Dünən, 16:35

Gəncəli şahmatçıdan Özbəkistanda böyük zəfər

Bütün xəbərlər
Dünən, 15:56

Gəncədə yenə güclü külək olacaq

Bütün xəbərlər
Dünən, 14:53

Vətən Müharibəsindən zirvələrə: Gəncəli alpinist Qoşqar dağını fəth etdi

Bütün xəbərlər
Dünən, 14:08

Bazar günü Gəncədə 12 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 13:22

Gəncə və ətraf rayonlardan mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

Gəncəbasar
Dünən, 12:46

21 yaşlı gənc evlərinə qadın gətirdi – Atasını döydü

Bütün xəbərlər
Dünən, 12:09

Bu qurum Gəncədə peşəkar kadrlar axtarır

Bütün xəbərlər
Dünən, 11:16

Gəncədə qəzalı binalarda yaşayanlara yeni mənzillər veriləcək

Bütün xəbərlər
Dünən, 10:26

Gəncədə zibil qutuları bəzi sakinlər tərəfindən yandırılır

Bütün xəbərlər
Dünən, 09:54

Gəncədə sahibsiz itlərə görə küçələrdə hər gün MÜBAHİSƏ

Bütün xəbərlər
Dünən, 09:00

Azərbaycanda əhalinin artım tempi azalır

Bütün xəbərlər
13 mart 2026, 17:26

122 illik tarixi Kürəkçay stansiyası – Dağılma təhlükəsi ilə ÜZ-ÜZƏ

Bütün xəbərlər
13 mart 2026, 17:04

Azərbaycanda orta aylıq əməkhaqqı 4 %-ə yaxın artıb

Bütün xəbərlər
13 mart 2026, 16:39

Bu universitetin müəllimlərinə bayram pulu veriləcək - 500 AZN

Bütün xəbərlər
13 mart 2026, 16:00

Gəncədə "əzilmiş" maşınlardan "zərərçəkmişlər" xilas edilib - TƏLİM

Bütün xəbərlər
13 mart 2026, 15:24

Gəncəlilərin NƏZƏRİNƏ: Bakıya getməyə ehtiyac qalmayacaq

Bütün xəbərlər
13 mart 2026, 14:38

Gəncədə 15 mağazanı yaran şəxs tutulub

Bütün xəbərlər
13 mart 2026, 14:00

Gəncədə 9-cu mərtəbədən yıxılan qızın həyatı XİLAS EDİLDİ

Bütün xəbərlər
13 mart 2026, 12:36

Buraxılış imtahanı narazılıq yaradıb: Gəncəli abituriyent ədalətli qərar gözləyir

Bizim fəxrimiz
13 mart 2026, 11:38

Gəncə güləşinin fəxrləri – Məhəmməd Kərimov, Elman İsmayılov

Bütün xəbərlər
13 mart 2026, 10:29

Azərbaycan neftinin qiyməti 105 dolları keçib

Bütün xəbərlər
13 mart 2026, 09:15

Gəncədə bu bina çirkab içində batır

Bütün xəbərlər
12 mart 2026, 18:00

Gəncədə qanunsuz tikililərə qarşı MONİTORİNQ

Oxşar xəbərlər