Azərbaycanda macəra və halal turizm xidmətlərinə aid 4 yeni dövlət standartının layihəsi hazırlanıb.
Modern.аz-a Azərbaycan Standartlaşdırma İnstitutundan bildirilib ki, sənədlər Texniki Komitənin 2026-cı il üzrə fəaliyyət planına uyğun olaraq hazırlanıb və səs çoxluğu ilə təsdiqlənib.
Yeni standart layihələri halal turizm xidmətlərinin təşkili, xidmət keyfiyyəti və müvafiq tələblərin müəyyənləşdirilməsi istiqamətində normativ bazanın gücləndirilməsinə xidmət edir.
İclasda həmçinin Komitənin qarşıdakı dövr üzrə fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.