Gəncədə daxili birincilik keçirilib. Bu haqda Gencexeber.az-a 20 yanvar tarixində məlumat daxil olub.
20 Yanvar hadisələrinin 33-cü ildönümünə həsr olunmuş sərbəst güləş üzrə turnir 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə “Zenit” idman cəmiyyətinin Gəncə şəhər şurasında təşkil olunub. Burada şəhərimizin yeniyetmə və kiçikyaşlı yetirmələri mübarizə aparıblar.
Sonda qaliblər diplom və medallarla təltif olunublar.
[modula id="31433"]