Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Gencexeber.az-ın məlumatına görə, hadisə nəticəsində 1957-ci il təvəllüdlü Məzahir Zeynalov müxtəlif bədən xəsarətləri alıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb və həkimlər tərəfindən ona ilkin tibbi yardım göstərilib. Onun vəziyyəti hazırda kafidir.
Faktla bağlı araşdırma aparılır.