Göygöl rayonunda avtomobilin ağaca çırpılması nəticəsində 4 nəfər xəsarət alıb.
Gencexeber.az-ın məlumatına əsasən, hadisə nəticəsində rayonun Hacıməlik kənd sakinləri 2003-cü il təvəllüdlü Fuad Əsgərov, onun həmyaşıdı Elgün Tağıyev, 2002-ci il təvəllüdlü Hikmət Yusifov və onun qardaşı İsmət Yusifov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Yaralılara ilkin tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.