Göygöldə bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə rayonun Mollacəlilli kəndində qeydə alınıb.
Belə ki, Göygöl rayon sakini Asim Niyazov kəsici-deşici alətlə bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, bu barədə Göygöl Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Onun sözlərinə görə polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Dəmir Nəbiyəv saxlanılıb.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırmalar davam etdirilir.