Göygöldə yerləşən heyvan satışı bazarları biotəhlükəsizlik tələblərinə uyğunlaşdırılaraq yenidən qurulub.
Gencexeber.az bildirir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan qiymətləndirmənin nəticələrinə əsasən, bazarın yenidən fəaliyyətə başlamasına icazə verilib.
Qeyd edək ki, yaxın günlərdə baytarlıq-sanitariya normalarına uyğun yenidən qurulan daha bir neçə bazarın da fəaliyyətə başlaması məsələsinə baxılacaq.
Agentlik bildirir ki, bütün görülən işlər insan və heyvan sağlamlığının qorunmasına, əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsinə xidmət edir.