top
Gəncənin özəl bağçalarında uşaqlara nəzarət niyə zəifdir?
Video
18 noyabr 2025, 15:12
- ↺ +

Gəncənin özəl bağçalarında uşaqlara nəzarət niyə zəifdir?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncə şəhərində fəaliyyət göstərən özəl uşaq bağçalarında nəzarətin zəif olması ilə bağlı valideynlərin narazılıqları artmaqdadır.

Valideynlər Gencexeber.az-a bildiriblər ki, son vaxtlar özəl bağçalarda uşaqların bir-birini qısnaması və zorakılıq halları artıb, bunun qarşısını alan isə yoxdur. 

Onların sözlərinə görə, müxtəlif səbəblərdən övladlarını dövlət bağçalarına yerləşdirə bilməyən ailələr özəl bağçalara üz tutur. Lakin aylıq ödənişlərə baxmayaraq, nəticə əldə edilmir – xüsusilə uşaqların davranışına nəzarət və təhlükəsiz mühitin təmin edilməsi – bir çox halda özünü doğrultmur.

Gəncə sakini olan iki övladlı valideyn bildirib ki, onun bir uşağı dövlət bağçasına gedir. Valideyn iddia edir ki, dövlət müəssisəsində uşaqlar arasında xoşagəlməz hal baş verən zaman əməkdaşlar dərhal müdaxilə edir, sükut pozan uşaqlarla ayrıca məşğul olur və problemin böyüməsinin qarşısını alırlar.

Lakin özəl bağçaya gedən digər övladı dəfələrlə həmyaşıdları tərəfindən zorakılığa məruz qalsa da, bağça rəhbərliyi tərəfindən adekvat reaksiya verilmir. 

Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl şəhərin Eminbəyli küçəsi, 28 ünvanında yerləşən "Kuki Kids" uşaq bağçasında xoşagəlməz hadisə baş verib. Valideynin 4 yaşlı övladı iki həmyaşıdı tərəfindən döyülüb.

Təqdim olunan videogörüntülərdən də aydın görünür ki, hadisə anında otaqda nə tərbiyəçi, nə baxıcı, nə də digər nəzarətçi olub. Uşaqlar arasında yaranan konfliktin qarşısını almaq, onları ayırmaq və ya nizam-intizam yaratmaq üçün heç bir müdaxilə edilməyib.

Şikayətçi valideyn qeyd edib ki, bu hal ilk dəfə deyil və uşaq artıq psixoloji sarsıntı keçirib və məsələ ilə bağlı bağçanın rəhbərliyinə müraciət etsə də, problemin həlli istiqamətində zəruri addımlar atılmayıb:

"Məni həmin uşaqlardan birinin valideyni ilə əlaqələndirdilər, üzr istədilər. Amma məsələ bununla bitmir. Mənim uşağım birinci dəfə deyil ki, yıxılır, vurulur. Başı stola dəyə bilərdi. Hər dəfə də nəzarətçi yerində olmur."

Valideyn həmçinin iddia edib ki, özəl bağçalardakı psixoloqlar zorakılığa meylli uşaqlarla fərdi məşğul olmur, onlar ümumi qrupdan kənarlaşdırılmır və davranış korreksiyası üçün işlər görülmür.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:19

Gəncə məhkəmələrinə yeni hakimlər təyin olundu

Bütün xəbərlər
Bu gün, 10:12

"İmamzadə" məscidində tavandan su damır, interyer dağılır

Bütün xəbərlər
Bu gün, 09:02

Tanınmış həkim Sahib Rəsulov vəfat edib

Bütün xəbərlər
Bu gün, 00:00

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Bütün xəbərlər
Dünən, 17:34

Moskvada məşhurlarla çalışdı, səviyyəli şoular yaratmaq üçün qayıtdı – GƏNCƏLİ REJİSSOR

Bütün xəbərlər
Dünən, 16:00

Gəncəlilər keçən il 2.5 milyard manata yaxın pul qazanıb

Bütün xəbərlər
Dünən, 14:15

51 yaşlı tibb bacısı ürəyinə bıçaq vurub, vəziyyəti ağırdır

Bütün xəbərlər
Dünən, 13:49

Gəncəyə gələn sərnişinlərin ilk qarşılaşdığı mənzərə – BƏRBAD YOL

Bütün xəbərlər
Dünən, 11:44

Özünü müqəddəs sayaraq anasını öldürən şəxslə bağlı QƏRAR

Bütün xəbərlər
Dünən, 09:16

Gəncədə yeniyetmənin bıçaqlandığı yerə güllər düzülür…

Bütün xəbərlər
Dünən, 00:05

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:00

9 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 13-cü günü

Bütün xəbərlər
08 oktyabr 2026, 18:01

Gəncədə işləyən şəxslərin sayı 10 il ərzində 10 faiz azalıb

Bütün xəbərlər
08 oktyabr 2026, 16:37

"İl ərzində sabitliyi qoruya bilmədim" - gəncəli şahmatçı

Bütün xəbərlər
08 oktyabr 2026, 16:03

Sosial şəbəkələrdə bir ailəni söyürdü, 7 min manat CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
08 oktyabr 2026, 15:29

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Bütün xəbərlər
08 oktyabr 2026, 14:57

Gəncəli Əməkdar artistin yubileyidir

Bütün xəbərlər
08 oktyabr 2026, 14:15

Gəncədə "BakuBus"ın fəaliyyətindən öz sürücüləri də narazıdır? - İDDİA

Bütün xəbərlər
08 oktyabr 2026, 13:44

Sabah 25 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
08 oktyabr 2026, 11:58

Atasının 40-na getmək istəyən arvadının gözünə təpik vurdu - MƏHKƏMƏ

Bütün xəbərlər
08 oktyabr 2026, 10:28

Azərbaycanın ilk baş prokuroru İsmət Qayıbovun doğum günüdür

Bizim fəxrimiz
08 oktyabr 2026, 09:03

Gəncə məktəbliləri beynəlxalq yarışda uğur qazanıblar

Bütün xəbərlər
08 oktyabr 2026, 00:20

Altı il öncə Ermənistan Gəncəni üçüncü dəfə raket atəşinə tutdu

Tarix
08 oktyabr 2026, 00:00

8 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 12-ci günü

Oxşar xəbərlər