top
Gəncənin Dubay bazarında göyərtisatan ürəyindən bıçaqlandı
05 dekabr 2025, 15:02
- ↺ +

Gəncənin "Dubay bazarı"nda göyərtisatan ürəyindən bıçaqlandı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncə şəhərində 1979-cu il təvəllüdlü Vüsal Əsgərov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Araza xəsarət yetirib. 

Demokrat.аz xəbər verir ki, hadisə 26 avqust 2024-cü ildə şəhərin Azərbaycan Bayrağı küçəsində yerləşən "Dubay bazarı" adlanan bazarda baş verib. 

Vüsal orada Arazın onun ünvanına nalayiq ifadələr işlətməsini bəhanə edib və bıçaqla onun döş qəfəsinə zərbə vurub. 

Hadisəni törədən Vüsalın barəsində Cinayət Məcəlləsinin bir neçə maddələri ilə ittiham elan edilib. 

İş üzrə ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Arazı təxminən 1 ildir tanıyır, o da bazarda göy-göyərti satır, aralarında münasibətləri yaxşı olub, heç bir ədavət və düşmənçiliyi yoxdur: "Hadisə günü saat təxminən 14:00-da işlədiyim yerdə yemək yeyirdim. Yemək yeyən zaman spirtli içki, yəni təxminən yarım litr meyvə arağı da qəbul elədim. Həmin vaxt tək yemək yesəm də, şərikim Seymur yanımda idi. Seymur meyvə satan zaman yeyib içmişəm. Daha sonra yemək yedikdən sonra qonşuluqda meyvə satan Rauf adlı şəxslə meyvələrin qiyməti barədə söhbət edən zaman orada olan Araz yanımıza gəldi. Daha sonra ani bir anda Raufla aramızda mübahisə yarandı. Mənə əl ataraq,  təhqir etdi. Arazın qardaşı Arzu və Rauf bizi aralaşdırdılar və biz bir-birimizdən uzaqlaşdıq".

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra öz işlədiyi yerə gedib: "Araz isə öz dəzgahının arxasına getdi. Aradan təxminən 15 dəqiqə keçdikdən sonra əsəbləşdiyim üçün, həm də Arazın məni təhqir etməyini qəbul edə bilmədiyim üçün özümü saxlaya bilmədim və işlədiyim yerdə olan meyvə bıçağını götürərək onun yanına doğru getdim. Arazın yanına çatan zaman ani məqamda onun sol döş qəfəs nahiyyəsindən bir dəfə bıçaqla zərbə vurdum. Araz bir qədər arxa-arxaya getdi və əli ilə sinə nahiyəsini tutaraq oradan uzaqlaşdı". 

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əsgərov 8 il azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:00

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Bütün xəbərlər
Dünən, 17:34

Moskvada məşhurlarla çalışdı, səviyyəli şoular yaratmaq üçün qayıtdı – GƏNCƏLİ REJİSSOR

Bütün xəbərlər
Dünən, 16:00

Gəncəlilər keçən il 2.5 milyard manata yaxın pul qazanıb

Bütün xəbərlər
Dünən, 14:15

51 yaşlı tibb bacısı ürəyinə bıçaq vurub, vəziyyəti ağırdır

Bütün xəbərlər
Dünən, 13:49

Gəncəyə gələn sərnişinlərin ilk qarşılaşdığı mənzərə – BƏRBAD YOL

Bütün xəbərlər
Dünən, 11:44

Özünü müqəddəs sayaraq anasını öldürən şəxslə bağlı QƏRAR

Bütün xəbərlər
Dünən, 09:16

Gəncədə yeniyetmənin bıçaqlandığı yerə güllər düzülür…

Bütün xəbərlər
Dünən, 00:05

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:00

9 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 13-cü günü

Bütün xəbərlər
08 oktyabr 2026, 18:01

Gəncədə işləyən şəxslərin sayı 10 il ərzində 10 faiz azalıb

Bütün xəbərlər
08 oktyabr 2026, 16:37

"İl ərzində sabitliyi qoruya bilmədim" - gəncəli şahmatçı

Bütün xəbərlər
08 oktyabr 2026, 16:03

Sosial şəbəkələrdə bir ailəni söyürdü, 7 min manat CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
08 oktyabr 2026, 15:29

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Bütün xəbərlər
08 oktyabr 2026, 14:57

Gəncəli Əməkdar artistin yubileyidir

Bütün xəbərlər
08 oktyabr 2026, 14:15

Gəncədə "BakuBus"ın fəaliyyətindən öz sürücüləri də narazıdır? - İDDİA

Bütün xəbərlər
08 oktyabr 2026, 13:44

Sabah 25 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
08 oktyabr 2026, 11:58

Atasının 40-na getmək istəyən arvadının gözünə təpik vurdu - MƏHKƏMƏ

Bütün xəbərlər
08 oktyabr 2026, 10:28

Azərbaycanın ilk baş prokuroru İsmət Qayıbovun doğum günüdür

Bizim fəxrimiz
08 oktyabr 2026, 09:03

Gəncə məktəbliləri beynəlxalq yarışda uğur qazanıblar

Bütün xəbərlər
08 oktyabr 2026, 00:20

Altı il öncə Ermənistan Gəncəni üçüncü dəfə raket atəşinə tutdu

Tarix
08 oktyabr 2026, 00:00

8 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 12-ci günü

Bütün xəbərlər
07 oktyabr 2026, 16:51

Gəncədə prokurorluq əməkdaşları üçün nəzərdə tutulan xidməti mənzillər istifadəyə verildi

Bütün xəbərlər
07 oktyabr 2026, 16:38

84 yaşlı kişi ov tüfəngindən açılan atəş nəticəsində ölüb

Bütün xəbərlər
07 oktyabr 2026, 15:28

Gəncədə iki məktəbin yaxınlığında TƏHLÜKƏ

Oxşar xəbərlər