Gəncə İdman Sarayında təşkil olunan qadın güləşi üzrə yeniyetmələrin ölkə çempionatında U-15 və U-17 yaş qrupları üzrə qaliblər arasında Gəncə məktəbliləri də var.
"Azərbaycan müəllimi" xəbər verir ki, Gəncə şəhər 26 nömrəli məktəb-lisey kompleksinin VII sinif şagirdləri Mədinə Kərimova və Nərgiz Cəfərzadə U-15 yaş qrupunda yüksək nəticə göstərərək Azərbaycan çempionu adını qazanıblar.