top
Gəncəli müğənni: Qızlarım mənə ata demir
28 noyabr 2025, 13:29
- ↺ +

Gəncəli müğənni: "Qızlarım mənə "ata" demir"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Müğənni Emil Bədəlovun uşaqları ilə bağlı açıqlaması sosial şəbəkələrdə müzakirələrə çevrilib.

Sənətçi bildirib ki, qızları ona "ata" demirlər:

"Adımla çağırırlar. Deyirlər, "ata" deyəndə ətimiz tökülür".

Maraqlıdır ki, əksəriyyət oxşar fikirlərlə çıxış edir, yəni hazırda uşaqların valideynlərini adları ilə çağırmaq tendensiyası yaranıb.

Bu, təhlükəlidir, yoxsa müasir dövrdə normal qəbul edilməlidir? "Ata", "ana" sözlərinin zamanla az işlədilməsi hansı fəsadlara yol aça bilər?

Globalinfo.аz-a danışan uşaq və yeniyetmə psixologiyası üzrə mütəxəssis Nərmin Ağayeva deyib ki, uşaqların valideynlərini adla çağırması sadəcə bir trend deyil, ailə sistemində səssiz şəkildə yaranan çatın göstəricisidir:

"Sosial şəbəkələrdə "Ata demirik, adla çağırırıq" kimi fikirlər müasirlik kimi təqdim olunsa da, psixoloji baxımdan bu, heç də zərərsiz deyil. Söhbət yalnız müraciət formasından yox, uşağın psixikasında rol boşluğunun yaranmasından gedir. Övladın "ana" və "ata" deməkdə çətinlik çəkməsi emosional bağlılığın zəifləməsi, valideyn avtoritetinin sarsılması və ailə sərhədlərinin pozulması anlamına gələ bilər. Adla müraciət çox vaxt rol dəyişikliyinin siqnalıdır. Çünki psixologiyada "ana" və "ata" sözləri sadəcə ad deyil, təhlükəsizlik, dayaq, yönləndirmə və güvən simvoludur. Bunun zəifləməsi uşağın sərhəd hissini zədələyir, davranış pozuntusu riskini artırır, yeniyetməlik dövründə avtoritet problemi yaradır və valideyn sözünün təsirini azaldır".

Psixoloq qeyd edib ki, bu prosesi normal kimi təqdim etmək risklidir:"Əgər uşaq valideynini adla çağırırsa, ilk sual "Niyə?" olmalıdır. Səbəb emosional bağlılıq, istilik və güvən sahəsində çətinlikdirsə, problem daha ciddi qiymətləndirilməlidir. Lakin başqa amillərlə əlaqəlidirsə, yenə də araşdırma tələb olunur. Valideyn uşaq üçün sadəcə ad deyil, psixoloji identifikasiya sütunudur. Bu laxlayanda isə ailə sistemi çökür. Ona görə də hazırkı tendensiya ailə strukturu üçün real risk yaradır".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:00

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Bütün xəbərlər
Dünən, 17:34

Moskvada məşhurlarla çalışdı, səviyyəli şoular yaratmaq üçün qayıtdı – GƏNCƏLİ REJİSSOR

Bütün xəbərlər
Dünən, 16:00

Gəncəlilər keçən il 2.5 milyard manata yaxın pul qazanıb

Bütün xəbərlər
Dünən, 14:15

51 yaşlı tibb bacısı ürəyinə bıçaq vurub, vəziyyəti ağırdır

Bütün xəbərlər
Dünən, 13:49

Gəncəyə gələn sərnişinlərin ilk qarşılaşdığı mənzərə – BƏRBAD YOL

Bütün xəbərlər
Dünən, 11:44

Özünü müqəddəs sayaraq anasını öldürən şəxslə bağlı QƏRAR

Bütün xəbərlər
Dünən, 09:16

Gəncədə yeniyetmənin bıçaqlandığı yerə güllər düzülür…

Bütün xəbərlər
Dünən, 00:05

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:00

9 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 13-cü günü

Bütün xəbərlər
08 oktyabr 2026, 18:01

Gəncədə işləyən şəxslərin sayı 10 il ərzində 10 faiz azalıb

Bütün xəbərlər
08 oktyabr 2026, 16:37

"İl ərzində sabitliyi qoruya bilmədim" - gəncəli şahmatçı

Bütün xəbərlər
08 oktyabr 2026, 16:03

Sosial şəbəkələrdə bir ailəni söyürdü, 7 min manat CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
08 oktyabr 2026, 15:29

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Bütün xəbərlər
08 oktyabr 2026, 14:57

Gəncəli Əməkdar artistin yubileyidir

Bütün xəbərlər
08 oktyabr 2026, 14:15

Gəncədə "BakuBus"ın fəaliyyətindən öz sürücüləri də narazıdır? - İDDİA

Bütün xəbərlər
08 oktyabr 2026, 13:44

Sabah 25 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
08 oktyabr 2026, 11:58

Atasının 40-na getmək istəyən arvadının gözünə təpik vurdu - MƏHKƏMƏ

Bütün xəbərlər
08 oktyabr 2026, 10:28

Azərbaycanın ilk baş prokuroru İsmət Qayıbovun doğum günüdür

Bizim fəxrimiz
08 oktyabr 2026, 09:03

Gəncə məktəbliləri beynəlxalq yarışda uğur qazanıblar

Bütün xəbərlər
08 oktyabr 2026, 00:20

Altı il öncə Ermənistan Gəncəni üçüncü dəfə raket atəşinə tutdu

Tarix
08 oktyabr 2026, 00:00

8 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 12-ci günü

Bütün xəbərlər
07 oktyabr 2026, 16:51

Gəncədə prokurorluq əməkdaşları üçün nəzərdə tutulan xidməti mənzillər istifadəyə verildi

Bütün xəbərlər
07 oktyabr 2026, 16:38

84 yaşlı kişi ov tüfəngindən açılan atəş nəticəsində ölüb

Bütün xəbərlər
07 oktyabr 2026, 15:28

Gəncədə iki məktəbin yaxınlığında TƏHLÜKƏ

Oxşar xəbərlər