top
Gəncədəki yapon ən çox quzu ətini sevir
16 dekabr 2025, 18:00
- ↺ +

Gəncədəki yapon ən çox quzu ətini sevir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Premyer Liqasının XV turunda "Kəpəz" Yevlax şəhər stadionunda "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib. Oyunda yeganə qolun müəllifi Ryonosuke Ohori qarşılaşmadan sonra telegraf.аz-a müsahibə verib. "​Neftçi"dən icarə əsasında "Kəpəz"də çıxış edən 24 yaşlı yaponiyalı yarımmüdafiəçi həm oyun, həm də gələcəyi ilə bağlı sualları cavablandırıb.

– Oyun necə keçdi?
– Hamımız birlikdə, azarkeşlərlə çiyin-çiyinə mübarizə apardıq. Qələbə qazandığımız üçün çox xoşbəxtik.

– Premyer Liqada yerinizi qoruya biləcəyinizə əminsiniz?
– Təbii ki, inanırıq ki, bu il elitada qalacağıq.

– İcarə əsasında "Kəpəz"də qalacaqsınız, yoxsa "Neftçi"yə qayıdacaqsınız?
– Hələ bilmirəm. Qərar verməmişəm. Menecerimlə danışıqlar davam edir.

– "Neftçi"yə yeni baş məşqçi Yuri Vernidub gəlib. O, sizi performansınıza görə, komandaya qaytarmaq istəyərmi?
– Bilmirəm (gülür – red.). "Neftçi"nin adından danışmaq istəmirəm. Vernidubu tanımıram, yalnız ukraynalı olduğunu bilirəm.

– Özünüzü "Kəpəz"də, yoxsa "Neftçi"də daha xoşbəxt hiss edirsiniz?
– Təbii ki, "Kəpəz"də. Burada oyun şansı qazanıram. Bir futbolçu üçün bu çox vacibdir. Ona görə də özümü burada xoşbəxt hiss edirəm.

– Necə düşünürsünüz, "Neftçi" bu mövsüm avrokuboklara gedə bilər?
– Düşünürəm ki, mümkündür. Onlar yaxşı komandadır.

– Komandanın builki performansını necə qiymətləndirirsiniz?
– "Neftçi" barədə çox danışmaq istəmirəm.

– "Neftçi"yə qayıtsanız, sizdən daha çox qol görə bilərik?
– Əlimdən gələnin ən yaxşısını edərəm. Amma xahiş edirəm, "Neftçi" ilə bağlı suallar verməyin.

– Azərbaycan çempionatı ilə bağlı fikirləriniz necədir?
– Azərbaycan Premyer Liqasının yaxşı səviyyəsi var. Azarkeşlər çox emosionaldır.

– Əvvəl Bakıda oynayırdınız, indi Gəncədəsiniz. Oyunlar zamanı isə Yevlaxa gəlirsiniz. Bu baxımdan çətinlik yaşayırsınızmı?
– Xeyr, heç bir çətinliyim yoxdur. Gəncə xoşuma gəlir, problem yaşamıram.

– Azərbaycan mətbəxindən ən çox nəyi bəyənirsiniz?
– Ən çox quzu ətini sevirəm.

– Sonda azarkeşlərə nə demək istərdiniz?
– Həmişə yanımızda olduqları üçün onlara təşəkkür edirəm. Növbəti oyunlarda da qələbə qazanmaq istəyirik. Xahiş edirik, gələcək matçlarda da bizi dəstəkləsinlər.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:00

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Bütün xəbərlər
Dünən, 17:34

Moskvada məşhurlarla çalışdı, səviyyəli şoular yaratmaq üçün qayıtdı – GƏNCƏLİ REJİSSOR

Bütün xəbərlər
Dünən, 16:00

Gəncəlilər keçən il 2.5 milyard manata yaxın pul qazanıb

Bütün xəbərlər
Dünən, 14:15

51 yaşlı tibb bacısı ürəyinə bıçaq vurub, vəziyyəti ağırdır

Bütün xəbərlər
Dünən, 13:49

Gəncəyə gələn sərnişinlərin ilk qarşılaşdığı mənzərə – BƏRBAD YOL

Bütün xəbərlər
Dünən, 11:44

Özünü müqəddəs sayaraq anasını öldürən şəxslə bağlı QƏRAR

Bütün xəbərlər
Dünən, 09:16

Gəncədə yeniyetmənin bıçaqlandığı yerə güllər düzülür…

Bütün xəbərlər
Dünən, 00:05

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:00

9 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 13-cü günü

Bütün xəbərlər
08 oktyabr 2026, 18:01

Gəncədə işləyən şəxslərin sayı 10 il ərzində 10 faiz azalıb

Bütün xəbərlər
08 oktyabr 2026, 16:37

"İl ərzində sabitliyi qoruya bilmədim" - gəncəli şahmatçı

Bütün xəbərlər
08 oktyabr 2026, 16:03

Sosial şəbəkələrdə bir ailəni söyürdü, 7 min manat CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
08 oktyabr 2026, 15:29

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Bütün xəbərlər
08 oktyabr 2026, 14:57

Gəncəli Əməkdar artistin yubileyidir

Bütün xəbərlər
08 oktyabr 2026, 14:15

Gəncədə "BakuBus"ın fəaliyyətindən öz sürücüləri də narazıdır? - İDDİA

Bütün xəbərlər
08 oktyabr 2026, 13:44

Sabah 25 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
08 oktyabr 2026, 11:58

Atasının 40-na getmək istəyən arvadının gözünə təpik vurdu - MƏHKƏMƏ

Bütün xəbərlər
08 oktyabr 2026, 10:28

Azərbaycanın ilk baş prokuroru İsmət Qayıbovun doğum günüdür

Bizim fəxrimiz
08 oktyabr 2026, 09:03

Gəncə məktəbliləri beynəlxalq yarışda uğur qazanıblar

Bütün xəbərlər
08 oktyabr 2026, 00:20

Altı il öncə Ermənistan Gəncəni üçüncü dəfə raket atəşinə tutdu

Tarix
08 oktyabr 2026, 00:00

8 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 12-ci günü

Bütün xəbərlər
07 oktyabr 2026, 16:51

Gəncədə prokurorluq əməkdaşları üçün nəzərdə tutulan xidməti mənzillər istifadəyə verildi

Bütün xəbərlər
07 oktyabr 2026, 16:38

84 yaşlı kişi ov tüfəngindən açılan atəş nəticəsində ölüb

Bütün xəbərlər
07 oktyabr 2026, 15:28

Gəncədə iki məktəbin yaxınlığında TƏHLÜKƏ

Bütün xəbərlər
07 oktyabr 2026, 14:34

Sabah Gəncədə 26 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
07 oktyabr 2026, 13:29

Gəncədə hər 10 ev təsərrüfatına 7 avtomobil düşür

Bütün xəbərlər
07 oktyabr 2026, 11:19

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Bütün xəbərlər
07 oktyabr 2026, 10:23

Repetitorluq edən müəllim həbs olundu

Oxşar xəbərlər