Gəncədə repetitor yanında hazırlıqda olan yeniyetmə vəfat edib.
Gencexeber.az-ın məlumatına əsasən, Gəncə şəhər 3 nömrəli Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılan yeniyetmənin müayinə zamanı öldüyü məlum olub.
2009-cu il təvəllüdlü İsa Allahverdiyevin ölüm səbəbi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma başlanılıb.