Gəncədə zibil qabları yandırılıb.
Gencexeber.az-ın məlumatına görə, Gəncə dəmiryol vağzalı yaxınlığında, Zülfü Hacıyev küçəsində bir müddət əvvəl Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən quraşdırılan tullantı qabları naməlum şəxsin məsuliyyətsizliyi nəticəsində yandırılaraq istifadəsiz hala düşüb.
Kauçuk materialdan hazırlanmış konteynerlər yüksək temperaturun təsirinə davam gətirmədiyindən tamamilə əriyib. Hadisə yerində yalnız qabların kiçik parçaları və dəmir təkərləri qalıb.