top
Gəncədə təkər ustalarına işləyən ərazi - 30 sürücü ZİYANDA
Video
18 fevral 2026, 14:44
- ↺ +

Gəncədə təkər ustalarına "işləyən" ərazi - 30 sürücü ZİYANDA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncənin Cavad Rəfibəyli ilə Təbriz küçələrinin kəsişməsində yaranmış vəziyyət artıq səhlənkarlıq həddini keçərək açıq təhlükəyə çevrilib.

Gencexeber.az-ın məlumatına görə, sözügedən ərazidə lüklərin üstü qazılaraq açıq şəkildə saxlanılıb. Nəticədə yolun asfalt örtüyü təxminən 20 santimetr dərinlikdə çökək vəziyyətə düşüb. Hərəkətdə olan avtomobillərin təkərləri qəfil həmin çalalara düşür, nəticədə asqı sistemlərinə ciddi zərbə dəyir, şinlər partlayır, disklər deformasiyaya uğrayır.

Təkcə son iki gün ərzində təxminən 30-a yaxın sürücü redaksiyamıza müraciət edərək avtomobillərinə ziyan dəydiyini bildirib. Bu isə artıq təsadüfi hal deyil, sistemli məsuliyyətsizliyin nəticəsidir.

Sürücülər haqlı olaraq sual edirlər: əgər burada təmir və ya yenidənqurma işləri aparılırsa, niyə əvvəlcədən xəbərdaredici nişanlar, işıqlandırma, müvəqqəti təhlükəsizlik baryerləri quraşdırılmayıb? Niyə vətəndaşların əmlakı və təhlükəsizliyi bu qədər ucuz hesab olunur?

"İnsan necə məsuliyyətsiz olmalıdır ki, iş görür, amma heç bir nişan qoymur? Maşına elə zərbə dəyib ki, arxa oturacaqda əyləşən həyat yoldaşımın başı qapıya çırpılıb. Buna görə kim cavab verəcək?" – zərərçəkmiş sürücülərdən biri maşın təmiri sexində deyib.

Əldə etdiyimiz məlumata görə, qazıntı işləri "Azərsu" ASC-nin sifarişi ilə Gəncə şəhərinin içməli və çirkab su xətlərinin yenidən qurulmasını həyata keçirən "Maqro Construction" MMC tərəfindən aparılır.

Vətəndaşlar aidiyyəti qurumların məsələyə dərhal reaksiya verməsini tələb edirlər.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:00

25 noyabr - Kəlbəcərin erməni işğalından azad edildiyi gündür

Bütün xəbərlər
Dünən, 17:28

Cavad xan qəsəbəsində bərbad yollar, qaranlıq küçələr

Bütün xəbərlər
Dünən, 16:51

Sabah Gəncədə hava buludlu olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 16:13

Gəncədə daha bir xəstəxana rəhbəri vəzifəsini İTİRDİ

Bütün xəbərlər
Dünən, 15:26

Sabiq nazirə məxsus olduğu deyilən milyonluq şirkətin əmlakı satışa çıxarılır

Bütün xəbərlər
Dünən, 15:00

Abbas Səhhət adına xəstəxananın rəhbəri işdən çıxarıldı

Bütün xəbərlər
Dünən, 14:31

Gəncədə 11 mindən çox şəxsə 100 manata yaxın yardım verilir

Bütün xəbərlər
Dünən, 13:03

Gəncədə ödənişsiz əməliyyata pul istənildi, xəstə ağrılar içində qaldı – İDDİA

Bütün xəbərlər
Dünən, 12:13

Çayda batan altı uşaq atasının axtarışları aparılır

Bütün xəbərlər
Dünən, 11:31

Qatarda siqaret çəkib, söyüş söyən kişi HƏBS EDİLDİ

Bütün xəbərlər
Dünən, 10:36

Ailəsinin faciəsinə səbəb olan kişinin sürücülük hüququ olmayıb

Bütün xəbərlər
Dünən, 10:08

Gəncənin 18 il baş infeksionisti olan həkim dünyamızdan köçdü

Bütün xəbərlər
Dünən, 09:03

Gəncədə təmizlik işləri görülüb

Bütün xəbərlər
23 noyabr 2026, 17:22

Bu il 300-dən çox pensiyaçı evlənib - Rəsmi

Bütün xəbərlər
23 noyabr 2026, 16:45

Gəncədə məhəllələr abadlaşacaq, yollar təmir olunacaq… – İcra Hakimiyyəti

Bütün xəbərlər
23 noyabr 2026, 16:15

Abbas Bağırov niyə toylara baha gedir? – Müğənni səbəbini açıqladı

Bütün xəbərlər
23 noyabr 2026, 15:14

Bir ailənin altı üzvü maşınla körpüdən aşdı, ailə başçısı öldü – YENİLƏNİB

Bütün xəbərlər
23 noyabr 2026, 14:06

Gəncədə daha bir qəza, bu dəfə üç maşın...

Bütün xəbərlər
23 noyabr 2026, 11:57

Gəncədə avtobus maşının üzərinə sürdü – QƏZA

Bütün xəbərlər
23 noyabr 2026, 11:53

İki il altı ay erməni əsirliyində olmuş qazi vəfat etdi

Bütün xəbərlər
23 noyabr 2026, 11:42

Qadın sürücülərin sayı artır

Bütün xəbərlər
23 noyabr 2026, 11:07

Gəncədə uşaqlar bu "yolla" məktəbə gedir…

Bütün xəbərlər
23 noyabr 2026, 10:43

Çarli Çaplinin ifa etdiyi gəncəlinin "Cücələrim" əsəri

Bütün xəbərlər
23 noyabr 2026, 10:13

Ailə üzvləri həbsdə olan qız "TikTok"da canlı yayım açdı - qardaşı BIÇAQLADI

Oxşar xəbərlər