top
Gəncədə SOCAR məntəqəsində benzinlə çalışan maşınlara dizel vurulub - İDDİA
31 oktyabr 2025, 09:32
- ↺ +

Gəncədə SOCAR məntəqəsində benzinlə çalışan maşınlara dizel vurulub - İDDİA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncədə yeni SOCAR yanacaqdoldurma məntəqəsində yanacaq qalmaqalı olub.

Gencexeber.az-ın məlumatına görə, "R-50" Gəncə Beynəlxalq Hava Limanı yolunun 2-ci kilometrində, şəhər istiqamətində cari ilin iyul ayında istifadəyə verilən yeni Yanacaq Doldurma Məntəqəsində xoşagəlməz hadisə baş verib.

Umut Tamer Tosuna məxsus "BYD Destroyer" markalı, benzin mühərrikli avtomobilinin çəninə Aİ-92 markalı benzin əvəzinə məntəqənin əməkdaşları tərəfindən səhvən dizel yanacağı vurulduğu iddia olunub. Nəticədə avtomobili işə salmaq mümkün olmayıb. 

Zərərçəkənin iddiasına görə, SOCAR məntəqəsinin rəhbərliyi və işçiləri məsuliyyətdən yayınaraq problemi sürücünün öz hesabına aradan qaldırmasını tələb ediblər.

"Dedilər ki, düzəltməyə pulumuz yoxdur, öz vəsaitiniz hesabına düzəldin, maaşımızı alanda gəlib pulunuzu götürərsiniz", – Umut Tamer Tosun bildirib.

Onun sözlərinə görə, hadisə dünən saat 19:00 radələrində baş verib. Şikayətçi tələbinin yerinə yetirilməsi üçün gecə saatlarınadək məntəqə ərazisində gözləsə də, nəqliyyat vasitəsinin təmiri ilə bağlı heç bir tədbir görülməyib. Məntəqə rəhbəri məsuliyyəti üzərindən ataraq, "mən cavabdeh deyiləm, işçi ilə özünüz həll edin" cavabı verib.

Hadisə şahidlərinin bildirdiyinə görə, həmin vaxt məntəqədə "Nissan Note" markalı digər avtomobilə də benzinin əvəzinə dizel yanacağı vurulub. Lakin bu məsələ ilə bağlı da heç bir cavabdeh şəxs üzə çıxmayıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:59

Gəncədə bağça həyətləri uşaqların üzünə gülmür

Bütün xəbərlər
Bu gün, 16:17

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

Bütün xəbərlər
Bu gün, 14:30

Gəncədə hər 10 min nəfərə 38, Bakıda isə 100 həkim düşür

Bütün xəbərlər
Bu gün, 12:25

Gəncədə oğlunun qisasını almaq istəyən kişinin cəzası AZALDILDI

Bütün xəbərlər
Bu gün, 11:19

Gəncə məhkəmələrinə yeni hakimlər təyin olundu

Bütün xəbərlər
Bu gün, 10:12

"İmamzadə" məscidində tavandan su damır, interyer dağılır

Bütün xəbərlər
Bu gün, 09:02

Tanınmış həkim Sahib Rəsulov vəfat edib

Bütün xəbərlər
Bu gün, 00:00

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Bütün xəbərlər
Dünən, 17:34

Moskvada məşhurlarla çalışdı, səviyyəli şoular yaratmaq üçün qayıtdı – GƏNCƏLİ REJİSSOR

Bütün xəbərlər
Dünən, 16:00

Gəncəlilər keçən il 2.5 milyard manata yaxın pul qazanıb

Bütün xəbərlər
Dünən, 14:15

51 yaşlı tibb bacısı ürəyinə bıçaq vurub, vəziyyəti ağırdır

Bütün xəbərlər
Dünən, 13:49

Gəncəyə gələn sərnişinlərin ilk qarşılaşdığı mənzərə – BƏRBAD YOL

Bütün xəbərlər
Dünən, 11:44

Özünü müqəddəs sayaraq anasını öldürən şəxslə bağlı QƏRAR

Bütün xəbərlər
Dünən, 09:16

Gəncədə yeniyetmənin bıçaqlandığı yerə güllər düzülür…

Bütün xəbərlər
Dünən, 00:05

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:00

9 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 13-cü günü

Bütün xəbərlər
08 oktyabr 2026, 18:01

Gəncədə işləyən şəxslərin sayı 10 il ərzində 10 faiz azalıb

Bütün xəbərlər
08 oktyabr 2026, 16:37

"İl ərzində sabitliyi qoruya bilmədim" - gəncəli şahmatçı

Bütün xəbərlər
08 oktyabr 2026, 16:03

Sosial şəbəkələrdə bir ailəni söyürdü, 7 min manat CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
08 oktyabr 2026, 15:29

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Bütün xəbərlər
08 oktyabr 2026, 14:57

Gəncəli Əməkdar artistin yubileyidir

Bütün xəbərlər
08 oktyabr 2026, 14:15

Gəncədə "BakuBus"ın fəaliyyətindən öz sürücüləri də narazıdır? - İDDİA

Bütün xəbərlər
08 oktyabr 2026, 13:44

Sabah 25 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
08 oktyabr 2026, 11:58

Atasının 40-na getmək istəyən arvadının gözünə təpik vurdu - MƏHKƏMƏ

Oxşar xəbərlər